Avropa Şurası Sarayının önündə Zurab Jvanianın ulduzu açıldı

Strasburqda,  Avropa Şurası Sarayının önündə Gürcüstanın mərhum baş naziri Zurab Jvanianın ulduzu açıldı.

Jvanianın Ulduzunu baş nazir Mamuka Baxtadze açdı.

Ulduzun üstündə Zurab Jvanianın adı və soyadı ilə bərabər, siyasətçinin məşhur frazası yazılıb: “Mən gürcüyəm və demək ki, Avropalıyam”.

Bu frazayı Zurab Jvania 20 il bundan öncə, məhz Avropa Şurasının Parlament Assambleyasının iclasında demişdi və nəticədə, Assambleya birgə şəkildə, Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləmişdi.

Ulduzun açılışında Zurab Jvanianın ailə üzvləri də iştirak edirdilər.