Avropa Şurası Parlament Assambleyasının üzvlərinin hissəsi, o cümlədən Gürcüstan, Rusiya nümayəndə heyətinin səlahiyyətini şikayət etdi
Avropa Şurası Parlament Assambleyasının üzvlərinin hissəsi, o cümlədən Gürcüstan, Rusiya nümayəndə heyətinin səlahiyyətini şikayət etdi

Avropa Şurası Parlament Assambleyasının üzvlərinin hissəsi, o cümlədən Gürcüstan, Rusiya nümayəndə heyətinin səlahiyyətini şikayət etdi.

Strasburqda keçirilən sessiyada qeyd olunan təşəbbüsü Ukrayna hakim partiyasının nümayəndə heyətinin sədri, deputat Mariya Mezenseva irəli sürdü.

Mezenseva buna arqument olaraq onu gətirdi ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində insan hüquqlarının pozulmasını davam etdirir və beləliklə Avropa Şurası Parlament Assambleyasının qətnaməsini pozur.

Rusiya nümayəndə heyətinin səlahiyyətinin şikayətini 38 üzv dəstəklədi, əleyhinə 61 üzv çıxdı, 51 üzv isə, mövqenin qeyd edilməsindən tərəddüd etdi.

Rusiya nümayəndə heyətinin səlahiyyətinin şikayətini beş ölkə nümayəndəsi, o cümlədən Gürcüstan dəstəklədi.

Müvafiq olaraq, prosedura əsasən, şikayət Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinə göndəriləcək. Komitə 24 saat ərzində məsələ üzrə hesabat hazırlayacaq.

Rusiya nümayəndə heyətinin səlahiyyətinin şikayəti məsələsinə Avropa Şurası Parlament Assambleyası cümə axşamı qayıdacaq.