Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib

 

Avropa Şurası Parlament Assambleyası (PACE) Gürcüstanla bağlı qətnamə qəbul edib. Qətnamə layihəsi bugünkü plenar sessiyada səsə qoyulub.

“Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı layihəni 77 nümayəndədən 68-i dəstəkləyib. Yeddi nəfər əleyhinə səs verib, iki nəfər isə bitərəf qalıb.

Bununla yanaşı, səsverməyə qədər sənədə bir sıra düzəliş edilib.

Konkret olaraq, düzəlişlərdən birinə əsasən, “Assambleya, Assambleyada Gürcüstan nümayəndə heyətinin keçmiş üzvlərinin üzv olduqları dövrdə verdikləri səslərə və ya yerinə yetirdikləri fəaliyyətə görə cinayət təqibi ilə üzləşə biləcəkləri barədə məlumatlarla bağlı narahatlığını ifadə edir. Assambleya bir daha təsdiqləyir ki, onun üzvləri öz funksiyalarını yerinə yetirərkən söylədikləri fikirlərə və ya verdikləri səslərə görə hüquqi təqibə məruz qalmamalıdırlar və üzv dövlətləri bu cür hadisələrin qarşısını almaq üçün bütün mümkün səyləri göstərməyə çağırır”.

Qətnamənin qalan bəndləri dəyişməz qalıb.