Avropa Şurası Belarusla əlaqələri dayandırıb
Avropa Şurası Belarusla əlaqələri dayandırıb. Bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Avropa Şurası Nazirlər Komitəsi buna səbəb kimi Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzündə Belarusun fəal iştirakını göstərir.
Sərəncama əsasən, Belarusun təşkilatın bütün iclaslarında və tədbirlərində iştirakı dayandırılıb. Bu, Belarusun Venesiya Komissiyası da daxil olmaqla, Avropa Şurasının qismən sazişlərində iştirakına da aiddir.
Komitə həmçinin Belarusla bütün texniki əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bununla belə, Nazirlər Komitəsi Belarus vətəndaş cəmiyyəti və ölkədən qaçan müxalifətlə əlaqələri saxlamaq və gücləndirmək qərarına gəlib.