Avropa siyasi birliyinin növbəti iclası Moldovada cari ilin birinci yarısında keçiriləcək

13:36, 04.02.2023

Avropa siyasi birliyinin növbəti iclası Moldovada cari ilin birinci yarısında keçiriləcək. Bu barədə dünən Kiyevdə keçirilən Ukrayna-Avropa İttifaqı sammitinin birgə yekunlaşdırma bəyanatında deyilir.

“Avropa İttifaqı və Ukrayna Avropa siyasi birliyinin ilk uğurlu toplantısını alqışlayırlar, hansı da Praqada, 6 oktyabrda keçirildi. Görüş siyasi koordinasiya platforması və bütün qitə ilə bağlı aktual məsələlərin dərindən müzakirəsi üçün imkan yaratdı. 2023-cü ilin birinci yarısında Kişinyovda keçiriləcək növbəti görüşü səbirsizliklə gözləyirik”, – bəyanatda deyilir.

Xatırladaq ki, Avropa siyasi birliyinin yaradılması ideyası Fransa prezidenti, Emmanuel Makrona məxsusdur. Birliyin Praqada keçirilən ilk iclasında Avropa İttifaqına üzv ölkələrlə birlikdə Gürcüstan, Ukrayna, Moldova, Balkan ölkələri, eləcə də Azərbaycan və Ermənistan da iştirak edirdi.

Oxşar