Avropa Sərmayə Bankı tərəfindən ayrılan 250 milyon avro Rustavi-Qırmızı Körpü və Rustavi-Sadaxlo maqistralının tikintisinə xərclənəcək
Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan edir ki, Avropa Sərmayə Bankı tərəfindən ayrılan 250 milyon avro Rustavi-Qırmızı Körpü və Rustavi-Sadaxlo maqistralının tikintisinə xərclənəcək.
Bu barədə Mamuka Baxtadze, Gürcüstan hökuməti admnistrasiyasında Avropa Sərmayə Bankının vitse-prezidenti, Vazil Hudak ilə keçirilən mətbuat konfransında bəyan etdi.
Mamuka Baxtadze bəyan etdi ki, bu gün önəmli müqaviləyə imza atıldı.
“Gürcüstan və Avropa Sərmayə Bankı (EIB) arasında borc şəklində, 250 milyon avronun ayrılması barəsində razılaşma imzalandı.
Bu, bizim ölkəmiz üçün önəmli maliyyə dəstəyidir. Biz, Avropa Sərmayə Bankı ilə əməkdaşlığı dəyərləndirirk. Bank tərəfindən Gürcüstan yol dəhlizinin inkişafı baxımından son illər ərzində həyata keçirilmiş sərmayələri xüsuisi ilə əhəmiyyətlidir.
Avropa Sərmayə Bankı tərəfindən ayrılan 250 milyon avro Rustavi-Qırmızı Körpü və Rustavi-Sadaxlo maqistralının tikintisinə istifadə olunacaq”, – baş nazir bəyan etdi.
Elə onun dediyinə görə, Avropa Sərmayə Bankının qərarını ki, özəl bölmədə əməliyyatların həcmini artırsın və kiçik-orta ölçülü müəssisələrin inkişafına imkanlar yaratsın, alqışlayır.