Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstan məsələsini müzakirə ediblər
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstan məsələsini müzakirə ediblər

 

Son aylar ərzində Gürcüstan Avropa Parlamentinin gündəmində tez-tez yer alır və təəssüf ki, müsbət səbəblərdən deyil – bu haqda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Hana Xaliol Muro komitənin iclasında bildirib.

“2025-ci ilin fevralın 12-də Avropa Parlamenti Gürcüstanda siyasi vəziyyətin pisləşməsi ilə bağlı qətnamə qəbul edib. Keçən həftə plenar iclasda qəbul edilmiş Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin Həyata Keçirilməsi haqda 2024-cü ilin illik hesabatında biz Gürcüstandakı demokratik geriləmə və bir sıra neqativ hadisələr ilə bağlı narahatlığımızı ifadə etmişik. Qeyd edilməlidir ki, bu hesabat parlament seçkilərinin istənilən tanınmasını rədd edir və hesab edir ki, Gürcüstan “Gürcü Arzusu”nun qeyri-legitim rejimi tərəfindən ələ keçirilmiş bir dövlətdir. Bu, ölkənin nəzarətini ələ keçirməyə can atan orqan tərəfindən qəbul edilmiş istənilən qərarı rədd edir və vəziyyət pisləşməyə davam edir. Aprelin 2-də ali nümayəndə Kaia Kalas və genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos yeni qanunvericiliklə, o cümlədən “xarici agentlərin qeydiyyatı aktı” və parlamentin müvafiq ictimai məsləhətləşmələr aparmadan qəbul etdiyi “Yayımçı haqqında” qanunla bağlı birgə bəyanat dərc ediblər.
Bu qanunvericilik Gürcüstan hakimiyyətinə fərqli fikirləri boğmaq və repressiv siyasəti daha da sərtləşdirmək üçün əlavə alətlər verir” – Hana Xaliol Muro qeyd edib.

O bildirib ki, “Buna baxmayaraq, Gürcüstanda hakimiyyətin Avropa İttifaqına inteqrasiyanın dayandırılması ilə bağlı son vaxtlardakı qərarına qarşı ictimai etiraz davam edir”.