Avropa Parlamentinin üzvü Adriaş Laslo – Seçkilərdə iştirak və standartlar hər yerdə yüksək səviyyədədir, seçki aparatları qaydasında işləyir, hər şey yaxşı hazırlanıb
Avropa Parlamentinin üzvü Adriaş Laslo – Seçkilərdə iştirak və standartlar hər yerdə yüksək səviyyədədir, seçki aparatları qaydasında işləyir, hər şey yaxşı hazırlanıb

Seçkilərdə iştirak və standartlar hər yerdə yüksək səviyyədədir, seçki aparatları qaydasında işləyir, hər şey yaxşı hazırlanıb – bunu beynəlxalq müşahidəçi, Avropa Parlamentinin üzvü Adriaş Laslo bildirib.

Laslonun sözlərinə görə, seçki məntəqələrində provokasiyalar barədə məlumat eşitməyib.

“Mən bir neçə seçki məntəqəsində oldum və yerli seçkiləri izlədim. Seçkilərdə iştirak və standartlar hər yerdə yüksək səviyyədədir. Seçki aparatları yaxşı işləyir, hər şey qaydasında hazırlanıb. Yerli müşahidəçilər hər bir seçki məntəqəsində mövcuddurlar. Biz heç bir seçki məntəqəsində provokasiya barədə eşitməmişik. Ümid edirik ki, günün sonuna qədər bu cür davam edəcək və Gürcüstanda seçkilər sülh şəraitində keçiriləcək. Yeni merlər və nümayəndələr öz vəzifələrini tutaraq xalq üçün çalışacaqlar”, – deyə Adriaş Laslo bildirib.