Avropa Parlamentinin üzvlərinin də olduğu Strasburqdan Brüsselə gedən qatardan təxliyyə həyata keçirilib

22:47, 10.10.2024

 
Avropa Parlamentinin üzvlərinin də olduğu Strasburqdan Brüsselə gedən qatardan təxliyyə həyata keçirilib – bu haqda “Politico” yazır.

Yanğınsöndürmə xidməti Strasburqun dəmiryol stansiyasına gedib.

“Strasburq stansiyasında qatarda texniki insident baş verib” – Avropa Parlamentinin mətbuat xidməti təsdiqləyib. Onlar müvafiq xidmətlərin səlahiyyətli orqanlarla təmasda olduğunu və alternativ nəqliyyat vasitələrinin təşkili üçün hər şeyi etdiklərini bildiriblər.

Danimarkalı deputat stansiyada vəziyyətin “xaotik” olduğunu deyib. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik bilinmir, lakin yanğınsöndürmə xidməti hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Avropa Parlamentinin mətbuat xidməti Avropa Parlamentinin öz üzvləri və işçiləri üçün Brüssel və Strasburq arasında xüsusi qatarları kirayəyə götürdüyünü bildirir. Qatarda 750 yer ayrılıbmış.

Oxşar