Avropa Parlamentinin məlumatına əsasən, Salome Zurabişvili dekabrın 18-də Avropa Parlamentində çıxış edəcək
Avropa Parlamentinin məlumatına əsasən, Salome Zurabişvili dekabrın 18-də Avropa Parlamentində çıxış edəcək

 
Gürcüstanın Prezidenti Salome Zurabişvili dekabrın 18-də, Tbilisi vaxtı ilə saat 11:30-da Avropa Parlamentində çıxış edəcək – bu haqda Avropa Parlamenti tərəfindən yayılmış press-relizdə qeyd olunub.

Press-relizdə deyildiyi kimi, Salome Zurabişvili son illərdə “Gürcü Arzusu”nun sərt tənqidçisi olub.

“Hökumətin 2024-cü ilin oktyabrında keçirilən mübahisəli parlament seçkilərindən sonra ölkənin Avropa İttifaqına üzvlük prosesini dayandırmaq qərarını verməsindən sonra Gürcüstanda son vaxtlarda genişmiqyaslı etiraz nümayişləri yaşanır. 2018-ci ildən Gürcüstan prezidenti vəzifəsini tutan xanım Zurabişvili bildirib ki, hakim “Gürcü Arzusu” partiyasının qalib gəldiyini bəyan etdiyi seçkilər fırıldaqçılıq olub və effektiv şəkildə oğurlanıb. 2024-cü il noyabrın 28-də qəbul edilən qətnamədə avropalı parlamentarilər Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini rədd ediblər və il ərzində yenidən keçirilməsini tələb ediblər.

Xanım Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır və Gürcüstanın yeni parlamenti bu yaxınlarda Mixeil Ğavelaşvilini onun varisi təyin edib. Fransada doğulmuş, Gürcüstanın sabiq xarici işlər naziri, xanım Zurabişvili həm də Fransanın Cənubi Qafqazdakı səfiri və son illərdə “Gürcü Arzusu”nun sərt tənqidçisi olub” – press-relizdə oxuyuruq.