Avropa Parlamentinin deputatı, Tais Roitenin məlumatına görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Oliver Varheylə bağlı araşdırma aparmaq istəyir
Hollandiyalı Avropa Parlamentinin deputatı, Tais Roitenin məlumatına görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı, Oliver Varhey ilə bağlı araşdırma aparmaq istəyir. Bu barədə Roite “tvitter” sosial şəbəkəsində yazır.
Avropa Parlamentinin üzvünün dediyinə görə, araşdırma tələbi Olivar Varheyin Avropa İttifaqı üzvlüyünə namizəd ölkələrdə demokratiya və qanunun aliliyi islahatlarının mərkəziliyinə qəsdən zərbə vurması barədə yayılan məlumatla bağlıdır.