Avropa Parlamentində Ursula fon der Laienə etimadsızlıq elan edilməsi məsələsi hər iki səsvermədə uğursuz oldu
Avropa Parlamentində Ursula fon der Laienə etimadsızlıq elan edilməsi məsələsi hər iki səsvermədə uğursuz oldu

 

Avropa Parlamentində Avropa Komissiyasının prezidenti Ursula fon der Laienə etimadsızlıq elan edilməsi məsələsi hər iki səsvermədə uğursuz oldu.

Nə ifrat sağçıların, nə də ifrat solçuların təşəbbüsü kifayət qədər səs toplaya bildi.

Ursula fon der Laienə etimadsızlıq elan edilməsi haqda ifrat sağçı qrupların təklifi Avropa Parlamentinin plenar sessiyasında 179 səs toplayıb, 378 avropalı parlamentari Avropa Komissiyasının prezidentini dəstəkləyib.

İfrat solçuların təşəbbüsü ilə bağlı səsverməyə gəlincə, 133 deputat etimadsızlıq elan edilməsini dəstəkləyib, Avropa Parlamentinin 383 üzvü Ursula fon der Leieni dəstəkləyib, 13 qanunverici isə bitərəf qalıb.

Xatırladaq ki, Ursula fon der Leienə etimadsızlıq elan edilməsi təşəbbüsü Avropa Parlamentində iyulda da kifayət qədər səs toplaya bilməyib.