Avropa Parlamentində Avropa Komissiyasına etimadsızlıq elan edilməsi məsələsi ilə əlaqədar Ursula fon der Laienin dinlənilməsi və səsvermə keçiriləcək
Avropa Parlamenti Avropa Komissiyasına etimadsızlıq elan edilməsi məsələsini müzakirə edəcək. Avropa Parlamenti etimadsızlıq elan edilməsi haqda təşəbbüsü irəli sürülmüş səsvermə ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula fon der Laienin avropalı parlamentarilərin suallarını cavablandırmalı olacağı iclas keçirəcək.
Rumıniyanın ifrat sağçı nümayəndəsi tərəfindən təşəbbüsü irəli sürülmüş etimadsızlıq haqda səsvermə ilə bağlı Ursula fon der Laien avropalı parlamentarilərin suallarını iyulun 7-si axşam cavablandıracaq, birbaşa səsvermə isə, əvvəlcədən məlum olduğu kimi, iyulun 10-na planlaşdırılıb.
Sessiya ad çəkməklə səsvermə şəklində keçiriləcək, bu isə o deməkdir ki, avropalı parlamentarilərin hamısı səsi açıq şəkildə verəcək. Təklifi iştirak edənlərin səsindən ən azı üçdə ikisi dəstəkləməlidir, bu isə Avropa Parlamentinin bütün üzvlərinin əksəriyyətini təşkil edir.
Təşəbbüsün heç bir uğur qazanma şansının olmadığı gözlənilir, lakin Qərb mediasının qiymətləndirməsinə əsasən, o fon der Laienin tənqidçilərinə diqqəti cəlb etmək şansı verəcək.