Avropa Parlamenti yaxınlığında fermerlərin etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma baş verib, nümayişçilər polisə tüstü bombaları və kartof atıblar
Avropa Parlamenti sammiti ilə paralel olaraq Brüsseldə Avropa Parlamenti yaxınlığında fermerlərin etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma baş verib. Bu barədə “Reuters” məlumat yayıb.
Media məlumatına görə, nümayişçilər polisə tüstü bombaları və kartof atıblar. Hüquq-mühafizə orqanları isə iştirakçılara qarşı su şırnaqlarından istifadə ediblər.
Bu gün yüzlərlə fermer Brüsselə traktorlar gətirib. Onlar Cənubi Amerika bloku – “Merkosur” ölkələri ilə planlaşdırılan ticarət sazişinə və Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə etiraz edirlər.