Avropa Parlamenti və Avropa Şurası Qara dəniz sualtı kabel layihəsini təsdiqləyib və ona "qarşılıqlı maraq doğuran layihə" statusu verib
Avropa Parlamenti və Avropa Şurası Qara dəniz sualtı kabel layihəsini təsdiqləyib və ona "qarşılıqlı maraq doğuran layihə" statusu verib

 

Avropa Parlamenti və Avropa Şurası Qara dəniz sualtı kabel layihəsini təsdiqləyib. Bu haqda məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.

Sənədə əsasən, layihəyə “qarşılıqlı maraq doğuran layihə” (PMI) statusu verilib. Bu o deməkdir ki, Qara dəniz kabeli Avropa İttifaqının maliyyələşdirməsini ala biləcək və sürətləndirilmiş icazələrin verilməsindən faydalanacaq.

Layihə Anaklia ilə Rumıniyanın Konstansa şəhəri arasında 1155 kilometrlik sualtı ötürücü xəttin çəkilməsini nəzərdə tutur.

Avropa Komissiyası ümumilikdə 235 sərhədyanı enerji layihəsinə “qarşılıqlı maraq doğuran layihə” statusu verib.