Avropa Parlamenti Ukraynanı dəstəkləyən yeni qətnamə qəbul edib
Avropa Parlamenti Ukraynanı dəstəkləyən yeni qətnamə qəbul edib.
Sənədi 442 avropalı parlamentari dəstəkləyib, 98 nəfər əleyhinə səs verib, 126 nəfər isə bitərəf qalıb.
Qətnaməyə əsasən, Avropa İttifaqı hazırda Ukraynanın əsas strateji müttəfiqidir və ölkəyə müdafiə hüququnda yardım etməyə borcludur.
“Rusiyanın aqressiv müharibəsinə qarşı ABŞ-nin mövqeyinin açıq şəkildə dəyişməsindən sonra, bu dəyişikliyə Ukraynanın davam edən müharibədə açıq şəkildə günahlandırılması da daxil idi, Avropa İttifaqı və onun üzv dövlətləri indi Ukraynanın əsas strateji müttəfiqləridir və onun ən böyük donorları kimi öz rollarını qoruyub saxlamalıdırlar” – qətnamədə qeyd olunub.
Sənədə əsasən, avropalı parlamentarilər 30 günlük atəşkəs təklifini təqdir edirlər. Onlar Rusiyanın atəşkəsə razılaşacağını, bundan sonra da Ukrayna əhalisinə və infrastrukturuna hücumu dayandıracağını gözləyirlər.
Həmçinin, qətnamədə razılaşırlar ki, Rusiyanın gələcək aqressiyasının qarşısını almaq üçün Avropa İttifaqı Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməlidir.
Həmçinin, avropalı parlamentarilər yalnız dırnaqarası sülh müqaviləsini asanlaşdırmaq üçün Ukrayna rəhbərliyinin şantaj yolu ilə kapitulyasiyaya məcbur edilməsinin istənilən cəhdinə qəti şəkildə qarşı çıxırlar.
Həmçinin, qətnamədə deyilir ki, Avropanın təhlükəsizliyinə dair danışıqlar Avropa İttifaqının iştirakı olmadan aparıla bilməz, eləcə də Ukraynanın Avropa İttifaqına üzvlüyündən bəhs olunur. Avropalı parlamentarilər Ukraynanın gələcəyinin Avropa İttifaqında olması ilə razılaşırlar.