Avropa Parlamenti Rasa İukneviçienenin hazırladığı və İctimai Yayımçının rəhbər şəxslərinə sanksiya tətbiq edilməsini də tələb edən qətnamə layihəsini dəstəkləyib

18:46, 17.06.2026

 

Avropa Parlamenti Rasa İukneviçiene tərəfindən hazırlanmış və İctimai Yayımçının rəhbər şəxslərinə sanksiya tətbiq edilməsi tələbindən də bəhs edən Gürcüstanla bağlı qətnamə layihəsini qəbul edib.

Belə ki, qətnamədə qeyd olunub: “Avropa Parlamenti “Gürcü Arzusu” ilə əlaqəli media vasitələrinin, o cümlədən “İmedi”, “POSTV” və “Rustavi 2″nin Avropa İttifaqı, onun institutları və nümayəndələrinə, xüsusən də Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbərinə və Avropa İttifaqına üzv olan dövlətlərin diplomatlarına qarşı sistemli dezinfomasiya, böhtan kampaniyaları və düşmənçilik təbliğatının yayılmasında oynadığı rolu kəskin şəkildə pisləyir; Birləşmiş Krallığın son dövrdə “İmedi” və “POSTV”yə qarşı sanksiyalar tətbiq etmək barədə qəbul etdiyi qərarı qeyd edir; Avropa İttifaqının institutlarını bu cür media vasitələrinin Avropa İttifaqının institutlarındakı akkreditasiyasına yenidən baxmağa və Avropa İttifaqının üzvü olan dövlətləri Birləşmiş Krallığın nümunəsini izləməyə çağırır; Dezinformasiya kampaniyalarının təşkili və maliyyələşdirilməsinə cavabdeh olan şəxslərə və təşkilatlara qarşı, o cümlədən Avropa İttifaqının İnsan Haqları sahəsində Qlobal Sanksiya Rejimi çərçivəsində müvafiq və mütənasib məhdudlaşdırıcı tədbirlər görməyə çağırır; Avropa İttifaqını Gürcüstanın Milli Kommunikasiyalar Komissiyası və İctimai Yayımçının rəhbərliyinin üzvlərini sanksiya siyahısına daxil etməyə çağırır”.

Bundan əvvəl Gürcüstanla bağlı qətnamə layihəsi Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunmuşdu. İctimai Yayımçının rəhbər şəxslərinin sanksiya siyahısına daxil edilməsini avropalı parlamentarilər Mariuş Kaminski və Malqojata Qoşevska tələb etmişdilər və müvafiq düzəlişi qeydiyyatdan keçirmişdilər.

Oxşar