Avropa Parlamenti erməni məhsulları üçün ticarətin liberallaşdırılması üzrə müvəqqəti tədbirləri təsdiqləyib
Avropa Parlamenti erməni məhsulları üçün ticarətin liberallaşdırılması üzrə müvəqqəti tədbirləri təsdiqləyib.
Yeni ticarət qaydalarını 583 deputat dəstəkləyib, 49 nəfər əleyhinə olub, 39 nəfər isə tərəfsiz qalıb.
Bundan əvvəl Avropa Komissiyası erməni məhsullarının Avropa İttifaqı bazarına ixrac imkanlarını genişləndirməyi hədəfləyən bu tədbirlərin tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.
“Öz prinsiplərinə və sarsılmaz mövqeyinə sadiq qalan Avropa demokratiyasının məbədi – Avropa Parlamenti – Avropa Komissiyasının #MadeInArmenia məhsulları üçün imtiyazların təmin edilməsi barədə təklifini təsdiqlədi. Bu, Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafında daha bir mühüm addımdır” – Ermənistanın Belçikadakı səfiri və Ermənistan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəsi Tiqran Balayan qeyd edib.