Avropa Parlamenti - Avropa Parlamenti azad və ədalətli seçkilər keçirilənə qədər, Gürcüstanın indiki hökumətini tanımır, Avropa İttifaqına doğru gedən yol faktiki olaraq dayandırılıb
“Hökumət avtoritar kursunu dəyişməyincə, Gürcüstan Avropa İttifaqına qoşula bilməyəcək. Avropa Parlamenti gürcü xalqının yanındadır” – Avropa Parlamentinin “Facebook” səhifəsində dərc olunan bəyanatda deyilir.
Bəyanatda qeyd olunduğu kimi, Avropa Parlamenti Gürcüstanın indiki hökumətini tanımır.
“Avropalı parlamentarilərin sözlərinə əsasən, onilliklər boyunca demokratik tərəqqidən sonra, keçən il keçirilmiş saxtalaşdırılmış seçkilər Gürcüstanda avtoritar hökumətə doğru dönüş anı olub. Hakim partiya “Gürcü Arzusu” dövlət institutlarını qanunsuz olaraq zəbt edib, repressiv qanunlar qəbul edib, müxalifəti susdurub, Avropa İttifaqına inteqrasiyadan imtina edib və Rusiyanın tərəfini tutub. Avropalı parlamentarilərin bəyanatına əsasən, azad və ədalətli seçkilər keçirilməlidir. Buna qədər Parlament Gürcüstanın indiki hökumətini tanımır və ölkənin Avropa İttifaqına doğru gedən yolu faktiki olaraq dayandırılıb” – Avropa Parlamentinin bəyanatında deyilir.
Avropa Parlamenti həmçinin iyulun 9-da Gürcüstanla bağlı qəbul edilmiş hesabatı paylaşır.