Avropa Parlamenti Avropa İttifaqını Azərbaycan qazından asılılığa son qoymağa çağıran qətnamə qəbul edib
Avropa Parlamenti Avropa İttifaqını Azərbaycan qazından asılılığına son qoymağa çağırıb, buna səbəb olaraq Azərbaycandan Avropa İttifaqına qaz idxalının artmasının ola bilsin Bakı tərəfindən rus qazının idxalı mənasına gəldiyi göstərilib.
Həmçinin, Avropa Parlamentinin üzvləri Avropa Komissiyasından Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqda 2022-ci ilin Anlaşma Memorandumunu dayandırmağı xahiş edirlər.
Bu gün qəbul edilən qətnamədə qeyd olunub ki, avropalı parlamentarilər Azərbaycan rejimi tərəfindən fəallara, jurnalistlərə, müxalifət liderlərinə və başqalarına, o cümlədən Avropa İttifaqının vətəndaşlarına qarşı daxili və ərazi xarici repressiyaları kəskin şəkildə pisləyirlər, bu da BMT-nin 11-12 noyabr tarixlərində Bakıda planlaşdırılan 29-cu İqlim Dəyişikliyi Konfransı ərəfəsində nəzərəçarpacaq dərəcədə güclənib.
Avropalı parlamentarilər Azərbaycanda insan hüquqlarının pozulmasının iqlim konfransına ev sahibliyi ilə bir araya sığmadığını iddia edir və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien kimi Avropa İttifaqının liderlərini toplantıdan bu məsələlər haqqında danışmaq imkanı kimi istifadə etməyə çağırırlar.
Bundan başqa, qətnamədə deyilir ki, Avropa İttifaqı və Azərbaycan arasında istənilən gələcək tərəfdaşlıq sazişi Bakı tərəfindən siyasi məhbusların azad edilməsi, hüquqi islahatların aparılması, ölkədə insan hüquqlarının müdafiəsinin ümumi vəziyyətinin yaxşılaşdırılması və eləcə də Ermənistanla sülh danışıqlarında həqiqi hazırlıq nümayiş etdirilməsi qarşılığında olmalıdır.
Avropa İttifaqının parlamenti üzv dövlətləri Azərbaycana bütün hərbi və təhlükəsizlik texnikasının ixracını dondurmağa çağırır və Azərbaycanın Ermənistana qarşı gələcək hərbi əməliyyatlarının ciddi nəticələrə səbəb olacağını bildirir.
Qətnamə 453 səslə qəbul edilib, 31 nəfər əleyhinə olub, 89 nəfər isə bitərəf qalıb.