Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard vəzifəsindən istefa verdiyini bəyan edib
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard vəzifəsindən istefa verdiyini bəyan edib. “Reuters”in məlumatına əsasən, Laqard vəzifəsini 2027-ci ilin fevralın 7-də tərk edəcək.
“Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün İdarə Şurasına və Avropa Şurasının prezidenti Antoniu Koştaya 2027-ci ilin fevralın 7-də vəzifəsindən ayrılacağı barədə məlumat verib” – Avropa Mərkəzi Bankının bəyanatında deyilir.
“Reuters”in məlumatında, Laqardın xələfi kimi əsas namizədlərin Niderland və İspaniya mərkəzi banklarının sabiq rəhbərləri Klas Not və Pablo Ernandes de Kosun hesab olunduqları deyilir.
Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabr ayının sonunda başa çatmalı idi, lakin onun vaxtından əvvəl gedəcəyi ilə bağlı xəbərlər bir neçə ay boyunca yayılırdı. Mümkün istiqamətlərdən biri kimi onun Dünya İqtisadi Forumuna təyinatı göstərilirdi.