Avropa Komissiyasının prezidenti Gürcüstan ilə vizaliberallaşdırma prosesində mövcud olan tendensiyaları müsbət dəyərləndirir
Avropa Komissiyasının prezidenti Gürcüstan ilə vizaliberallaşdırma prosesində mövcud olan tendensiyaları alqışlayır, – bu barədə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstanın baş naziri, Mamuka Baxtadze ilə görüşü zamanı bəyan etdi.
Avropa Komissiyasının prezidenti ölkədə keçirilən demokratik, iqtisadi və siyasi islahatlarına yüksək dəyərləndirmə verdi.
Tərəflər həmçinin Gürcüstanın işğal olunmuş ərazilərində mövcud durum barəsində də söhbət etdilər. Jan Klod Yunker durumu təəssüfləndirici adlandırdı.
O, Avropa İttifaqının Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarçı dəstəyini bir daha təsdiq etdi.