Avropa Komissiyasının mətbuat katibi - Namizəd ölkə kimi Ukraynadan Avropa İttifaqının əsas elementlərinə əməl etməsi tələb olunur, güzəştə getmək mümkün deyil
Avropa Komissiyasının mətbuat katibi - Namizəd ölkə kimi Ukraynadan Avropa İttifaqının əsas elementlərinə əməl etməsi tələb olunur, güzəştə getmək mümkün deyil

 

Ursula fon der Laien Ukraynanın iki antikorrupsiya agentliyinin müstəqilliyinin zəifləməsi ilə bağlı “güclü narahatlığını” ifadə etmək və “izahatlar” tələb etmək üçün Volodimir Zelenskiyə zəng edib.

“Euronews”un məlumatına əsasən, bu barədə Avropa Komissiyasının mətbuat katibi bildirib.

Avropa Komissiyasının mətbuat katibi bildirib ki, prezident Ursula fon der Laien dəyişikliklərin nəticələri ilə bağlı ciddi narahatlığını ifadə edib və Ukrayna hökumətindən izahatlar tələb edib.

“Qanunun aliliyinə hörmət və korrupsiyaya qarşı mübarizə Avropa İttifaqının əsas elementləridir. Namizəd ölkə kimi Ukraynadan bu standartlara tam əməl etməsi tələb olunur. Güzəştə getmək mümkün deyil. Biz Ukraynada Cinayət Məcəlləsinə dəyişikliklərin qəbulundan çox narahatıq. Onlar Ukraynanın antikorrupsiya institutlarının səlahiyyət və imkanlarını əhəmiyyətli dərəcədə zəiflətmək riski yaradır. Hər iki institut, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu geniş şəkildə Ukraynada qanunun aliliyinin təməl daşı kimi qiymətləndirilir. Bu institutlar Ukraynanın islahat gündəliyi üçün həyati əhəmiyyət daşıyır və onlar korrupsiya ilə mübarizə və ictimai etimadı qoruyub saxlamaq üçün müstəqil şəkildə fəaliyyət göstərməlidirlər” – mətbuat katibi qeyd edib.