Avropa Komissiyasının mətbuat katibi Anita Hiper - "Gürcü Arzusu" rus təbliğat maşınından ilhamlanmış repressiv tədbirlər görür, bu təsirsiz ötüşməyəcək, sanksiyalar üzərində işləyirik
Avropa Komissiyasının mətbuat katibi Anita Hiper - "Gürcü Arzusu" rus təbliğat maşınından ilhamlanmış repressiv tədbirlər görür, bu təsirsiz ötüşməyəcək, sanksiyalar üzərində işləyirik

 

Zorakılığın istənilən formasını qınayırıq – bu haqda Avropa Komissiyasının mətbuat katibi Anita Hiper deyib.

O, gürcü vətəndaş cəmiyyətinə kömək etmək üçün işlər aparıldığını bildirib.

“Gürcü Arzusu” rus təbliğat maşınından açıq-aydın ilhamlanmış repressiv tədbirlər görür. Zorakılığın istənilən formasını qınayırıq. Əlbətdə, orada baş verənlər təsirsiz ötüşməyəcək. Məhz bu səbəbdən sanksiyalar üzərində işləyirik. Biz pulun Gürcüstan hakimiyyətinə getməməsini təmin etmək üçün çalışırıq. Biz vətəndaş cəmiyyətinə, jurnalistlərə və daha yaxşı gələcək naminə dinc yolla çalışan, Avropanın təcəssüm etdirdiyi ümid və dəyərlərdən imtina etməyən hər kəsə kömək etmək üçün çalışırıq” – Hiper bildirib.