Avropa Komissiyasının qanunun aliliyi indeksində Gürcüstan cinayətə nəzarətin effektivliyinə görə dünyada 17-ci yerdədir
Avropa Komissiyası Dünya Ədalət Mühakiməsi Layihəsi tərəfindən hazırlanmış qanunun aliliyi indeksini dərc edib. Qanunun aliliyi baxımından Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionunda birinci yerdədir.
Tədqiqat çərçivəsində, cinayətə nəzarətin effektivliyinə dair dünya reytinqi də dərc edilib və reytinqdə Gürcüstan qiymətləndirmənin 100 faizlik sistemi ilə 92 faiz qazanıb və dünyanın ən yaxşı iyirmiliyində 17-ci yerdədir. Gürcüstan Avropa İttifaqı və NATO-ya üzv 23 ölkəni və digər inkişaf etmiş ölkəlləri – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ, Kanada, İspaniya, Belçika, İrlandiya, Portuqaliya, Litva, Latviya, Kipr, Macarıstan, Çexiya, Albaniya, Bolqarıstan, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Yunanıstan, Slovakiya, Malta, Şimali Makedoniya, Türkiyə, Albaniyanı geridə qoyur.
Avropa Komissiyası tərəfindən dərc edilən göstərici, izahata əsasən, ölkələrdə cinayətkarlığın yayılmasını, eləcə də insanların təhlükəsizlik və mühafizə haqda ümumi qavrayışını ölçür.
Avropa Komissiyası tərəfindən dərc edilən tədqiqatı baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən Dünya Ədalət Mühakiməsi Layihəsi aparır.