Avropa Komissiyasının Enerji Departamentində bəyan edirlər ki, Avropa İttifaqı Nigeriyadan təbii qaz idxalını artırmağı planlaşdırır
Avropa Komissiyasının Enerji Departamentində bəyan edirlər ki, Avropa İttifaqı Nigeriyadan təbii qaz idxalını artırmağı planlaşdırır

Avropa İttifaqı Nigeriyadan təbii qaz idxalını artırmağı planlaşdırır. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Avropa Komissiyasının Enerji Departamentinin baş direktorunun müavini, Metyu Bolduin bəyan etdi.

Agentliyin yazdığına görə, Bolduin bu həftə Nigeriyada oldu və burada yerli rəsmilərlə görüşlər keçirdi. Onun sözlərinə görə, rəsmilər ona Nigeriyanın “Niger Deltasında” təhlükəsizliyi yaxşılaşdırdığını və Avropaya daha çox qaz ixracına imkan verəcək “Trans-Niger Qaz Boru Kəmərini” işə salmağı planlaşdırdığını bildirdilər.

“Onlar dedilər, avqustun sonunda gəlin və yenidən söhbət edək, çünki biz bu məsələdə real irəliləyiş əldə edə biləcəyimizi düşünürük”, – Bolduin “Reuters”-ə müsahibəsində bəyan etdi.

“Reuters” agentliyinin məlumatına görə, Avropa İttifaqı Mmayeləşdirilmiş təbii qazın 14%-ni Nigeriyadan idxal edir və yaxın gələcəkdə bu həcmin iki dəfə artacağı gözlənilir.

Bu həftə Avropa Komissiyası üzv ölkələrin avqust-mart aylarında təbii qaz istehlakını 15% azaltmalı olduqlarını açıqladı. Komissiyada bəyan edirlər ki, qeyd olunan tələbin yerinə yetirilməsi könüllüdür, lakin fövqəladə vəziyyət elan olunarsa, bu, məcburi xarakter daşıya bilər.