Avropa Komissiyasında tətbiq edilən sanksiyaların Rusiya Prezidentinin Avropaya girişini qadağan etmədiyini bildirirlər
Avropa Komissiyasında tətbiq edilən sanksiyaların Rusiya Prezidentinin Avropaya girişini qadağan etmədiyini bildirirlər

 

Avropa Komissiyasında Rusiya rəhbərliyinə qarşı tətbiq edilən sanksiyaların Rusiya Prezidentinin Avropaya girişini qadağan etmədiyini bildirirlər. Bu barədə xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə Avropa İttifaqının mətbuat katibi Anita Hiper deyib.

“Putin və Lavrov dondurulmuş aktivlərə dair sanksiyalar altındadırlar, lakin bu, onların səyahət etməsini qadağan etmir. Buna görə də bu onlara şamil edilmir. Görüş hələ təsdiqlənməyib və biz hipotetik ssenariləri şərh etməyəcəyik, lakin əgər görüş baş tutsa, o zaman faktlara əsasən onlara giriş qadağan olunmayıb” – Hiper bildirib.

Avropa İttifaqının hava məkanını rus təyyarələri üçün bağladığını nəzərə alsaq, Putinin Budapeştə necə gedə biləcəyi və bunun Avropa Komissiyasının bunun üçün istisnaya yol vermək məcburiyyətində
qalacağımı deməkdir sualına, Hiper cavabında qeyd edib ki, ayrı-ayrı üzv dövlətlər istisnaya yol verməli olacaqlar.

Məlumat üçün bildirək ki, Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı aparıb. Bununla yanaşı, Viktor Orban sosial şəbəkədə Donald Tramp və Vladimer Putinin Budapeştdə görüşünə hazırlıqların tam sürətlə getdiyini yazıb. “Rusiya Prezidenti ilə danışıqlar baş tutub. Hazırlıqlar tam sürətlə gedir” – Orban yazıb.