Avropa Komissiyasında Rəcəb Tayyib Ərdoğana cavab olaraq NATO və Aİ-nin genişlənməsinin iki ayrı proses olduğunu bildiriblər
Avropa Komissiyasında Rəcəb Tayyib Ərdoğana cavab olaraq NATO və Aİ-nin genişlənməsinin iki ayrı proses olduğunu bildiriblər

 

Avropa Komissiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına cavab verir, NATO ilə Avropa İttifaqının genişlənməsinin iki ayrı proses olduğunu bildirirlər.

“Aİ-nin çox strukturlaşdırılmış genişlənmə prosesi var və bütün namizəd ölkələrin, hətta namizəd olmaq istəyənlərin də atmalı olduğu çox aydın addımlar var. Bu iki prosesi birləşdirə bilməzsiniz. Hər bir namizəd ölkənin üzvlük prosesi hər bir ölkənin layiqliyinə əsaslanır və hər bir namizəd ölkənin atacağı bir sonrakı addımların ritmi namizəd ölkələrin irəliləyişi və qarşıya qoyulmuş məqsədlərə və ya addımlara nail olmaq üçün gördüyü işlərlə müəyyən ediləcək”-bu barədə Avropa Komissiyasının sözçüsü Dana Spinant açıqlayıb.