Avropa Komissiyasında hesab edirlər ki, “Qazprom” “Şimal axını” boru kəmərinin istismarını saxta səbəblə dayandırdı
Avropa Komissiyasında hesab edirlər ki, “Qazprom” “Şimal axını” boru kəmərinin istismarını saxta səbəblə dayandırdı. Bu barədə Avropa Komissiyasının spikeri, Erik Mamer bəyan etdi.
“Qazprom”-un “Şimal axını 1″-i yenidən saxta bəhanələrlə bağladığını açıqlaması, onun təchizatçı kimi nə qədər etibarsız olduğunun bir daha sübutudur. Bu həm də Rusiyanın sinizmini nümayiş etdirir ki, o, müqavilə öhdəliklərini yerinə yetirməkdənsə, qazı yandırmağa üstünlük verir”, – Mamer “tvitterdə” yazır.
Rusiyanın “Qazprom” şirkəti cümə günü bəyanat yaydı ki, mövcud nasazlıq səbəbindən Avropaya qaz nəqlini tamamilə dayandırır. Şirkət sosial şəbəkədə yazır ki, işlər zamanı kompressor stansiyasında, qaz aqreqatında neft sızması aşkar edildi.