Avropa Komissiyasında bildirirlər ki, Komissiya Gürcüstan hakimiyyətindən tövsiyələrdə qaldırılan məsələlərin həlli üçün konkret addımlar gözləyir
Təsdiq edə bilərəm ki, Gürcüstan hakimiyyəti Avropa Komissiyası tərəfindən iyulda göndərilən məktuba cavab verib. Biz məktubu hələ də qiymətləndiririk və Komissiya Gürcüstan hakimiyyətindən Komissiyanın bütün tövsiyələrində qaldırılan məsələlərin həlli üçün konkret addımlar atacağını gözləyir – bu barədə Avropa Komissiyasının mətbuat katibi Markus Lammert deyib.
O bildirib ki, “vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarının dondurulması demokratiyaya qarşı atılmış daha bir addımdır”.
“Gürcüstan hakimiyyəti keçən həftə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarını dondurmaqla ölkədə demokratiyaya qarşı daha bir addım atdı. Bu, fundamental hüquqlara daha bir hücum və məhkəmə sistemindən repressiya aləti kimi istifadə etməkdir. Avropa İttifaqı Gürcüstan hakimiyyətini dərhal bu qərarı ləğv etməyə çağırır” – Markus Lammert bildirib.