Avropa Komissiyasında Avropa İttifaqının Ukraynadan keçməklə rus qazının tranzitini dayandırmağa hazır olduğunu bildirirlər

14:55, 31.12.2024

 
Avropa İttifaqı Ukraynadan keçməklə rus qazının tranzitini dayandırmağa hazırdır. Bu haqda bəyanatı Avropa Komissiyasının nümayəndəsi verib. Məlumatı “Deutsche Welle” yayır.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Avropa infrastrukturu üçüncü ölkələrdən qazı alternativ marşrutlarla Mərkəzi və Şərqi Avropaya çatdırmaq üçün kifayət qədər çevikdir.

Avropa Komissiyasında alternativ sxemlərə hazırlaşmaq üçün bir ildən artıqdır ki, Avropa İttifaqına üzv dövlətlər ilə işlədiklərini bildiriblər. Onlar əlavə ediblər ki, mayeləşdirilmiş təbii qazın əhəmiyyətli idxal imkanları sayəsində Avropanın qaz infrastrukturu güclənib.

Həmçinin, Avropa Komissiyasında bildiriblər ki, son illərdə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə tədbirlər həm də qaz təchizatının etibarlılığını gücləndirib.

Oxşar