Avropa Komissiyası Ukraynaya 9 milyard avro dəyərində makromaliyyə yardımına başlayıb

17:46, 18.05.2022

Avropa Komissiyası Ukraynaya 9 milyard avroluq yeni makromaliyyə yardımına başlayıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen bu gün keçirdiyi brifinqdə bildirib.

“Ukrayna cəbhə xəttindədir və Avropa dəyərlərini müdafiə edir. Bu müharibə boyu və ölkələrini yenidən qurmağa başlayanda biz onlarla olacağıq” dedi Ursula von der Layen.

Onun sözlərinə görə, Versal Sammitində Aİ liderləri Avropa Komissiyasına Ukraynanın yenidən qurulmasına dəstək planı hazırlamağı tapşırıblar və bu plan Avropa Komissiyası tərəfindən həyata keçirilib. Ursula fon der Layenin fikrincə, Ukraynanın yenidən qurulmasının prinsipləri investisiya və islahatlara dəstək olmalıdır.

Oxşar