Avropa Komissiyası “Suverenliyin müdafiəsi” qanununun qəbuluna görə Macarıstanı Avropa İttifaqının Ədalət Məhkəməsində məhkəməyə verir

15:49, 03.10.2024

 
Avropa Komissiyası “Suverenliyin müdafiəsi” qanununun qəbuluna görə Macarıstanı Avropa İttifaqının Ədalət Məhkəməsində məhkəməyə verir.

Avropa Komissiyasında sözügedən qanunun Avropa İttifaqının qanunvericiliyini pozduğunu bildirirlər. Bu haqda Avropa Komissiyası tərəfindən yayılmış press-relizdə deyilir.

Macarıstan Parlamenti tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilən qanun Suverenliyin Müdafiəsi Bürosunun yaradılmasını nəzərdə tutur. Sözügedən quruma başqa dövlətin və ya xarici qurumun, təşkilatın və ya fiziki şəxsin maraqları ilə həyata keçirilən və Macarıstanın suverenliyini poza və ya təhlükə yarada biləcək fəaliyyəti araşdırmaq tapşırılır. Həmçinin, xaricdən maliyyələşdirilən fəaliyyətləri seçkilərin nəticələrinə və ya seçicilərin iradəsinə təsir göstərə biləcək təşkilatların fəaliyyəti.

Fevral ayında Avropa Komissiyası Macarıstana yazılı şəkildə müraciət edib və öz narahatlığını rəsmi şəkildə çatdırıb. Buna cavab olaraq Macarıstan bildirir ki, “Suverenliyin müdafiəsi” haqqında qanun Avropa İttifaqının qanunvericiliyini pozmur və Avropa Komissiyasının ifadə etdiyi narahatlıqlar əsassızdır.

Oxşar