Avropa Komissiyası “SOCAR”ın İtaliya şirkəti “Italiana Petroli”ni almasına razılıq verib

13:29, 27.02.2026

Avropa Komissiyası Azərbaycan dövlət şirkəti “SOCAR”ın İtaliya şirkəti “Italiana Petroli”ni almasına razılıq verib.

Euronews-in məlumatına görə, əməliyyatın araşdırılması nəticəsində Komissiya qərara gəlib ki, tranzaksiya Avropada qüvvədə olan qanun və qaydalarla ziddiyyət təşkil etmir.

2025-ci ilin sentyabrında imzalanmış müqaviləyə əsasən, Azərbaycan dövlət şirkəti “Italiana Petroli”nin səhmlərinin 99,82%-ni almaq hüququna sahib olacaq.

“Italiana Petroli” İtaliyada iki neft emalı zavoduna malikdir, illik 10 milyon tonadək xam neftin emalını həyata keçirə bilir. Həmçinin şirkət 4 500-ə yaxın yanacaqdoldurma məntəqəsini birləşdirən pərakəndə satış şəbəkəsinə sahibdir və logistika zəncirində fəal iştirak edir, o cümlədən aviasiya yanacağı, sürtkü materialları və bitumun paylanmasını həyata keçirir.

Əməliyyatın yekunlaşması gözlənilən olaraq 2026-cı ilin ilk rübündə baş tutacaq.

Oxşar