Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzərində işləyir

13:15, 20.04.2023

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzərində işləyir.

“Politicp” nəşrinin yazdığına görə, Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təfərrüatlarını Avropa İttifaqına üzv ölkələrin səfirlərinə yaxın günlərdə təqdim edəcək.

Səfirlər də öz növbəsində ölkələrinin hökumətlərində olan qırmızı xətləri təqdim edəcəklər.

Medianın məlumatına görə, Almaniya artıq Rusiyanın yeni sanksiyalar paketinə nüvə enerjisinin də daxil edilməsini tələb etdi. Məlum olduğu kimi, buna qarşı Macarıstan çıxır.

Bununla yanaşı, Avropa Komissiyasının sədri, Ursula fon der Layenin daha əvvəl dediyi kimi, yeni sanksiyalar paketi Rusiyaya qarşı artıq qüvvədə olan sanksiyalardan yayınma imkanlarının azaldılmasına yönələcək.

Oxşar