Avropa Komissiyası Macarıstan üçün 4,2 milyard avro məbləğində vəsaitin dondurulmasının aradan qaldırılması ilə bağlı Avropa İttifaqı Şurasına təklif təqdim edib

16:19, 23.09.2026

Avropa Komissiyası Macarıstan üçün nəzərdə tutulmuş 4,2 milyard avro məbləğində vəsaitin dondurulmasının aradan qaldırılması ilə bağlı Avropa İttifaqı Şurasına təklif təqdim edib.

Avropa Komissiyasının məlumatına görə, həmin vəsait Macarıstanda qanunun aliliyi ilə bağlı problemlər səbəbindən dondurulmuşdu.

Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, Macarıstan müvafiq islahatları həyata keçirib və aşkar edilmiş problemlərin həlli istiqamətində mühüm addımlar atıb. Xüsusilə, dövlət satınalmaları, korrupsiyaya qarşı mübarizə sistemi, maraqların toqquşması riskləri və prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı islahatlar aparılıb.

Macarıstan hüququn aliliyini gücləndirmək və Aİ-nin maliyyə maraqlarını qorumaq istiqamətində mühüm addımlar atıb. Bu gün biz 4,2 milyard avro vəsaitin blokdan çıxarılmasını, həmçinin Macarıstan tələbələri və tədqiqatçıları üçün “Erasmus+” və “Horizon Europe” proqramlarına çıxışın bərpa edilməsini təklif edirik. Onların İttifaqımızın yaratdığı imkanlardan yenidən tam şəkildə faydalana biləcəklərinə görə məmnunam.
“Bu, islahatların nəticə verdiyini təsdiqləyir”, – deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Avropa İttifaqı Şurası Avropa Komissiyasının təklifi ilə bağlı bir ay ərzində yekun qərar qəbul etməlidir.

Oxşar