Avropa Komissiyası kiberhücumun hədəfinə çevrilib, bu isə ehtimal ki, çox sayda fərdi məlumatlara ziyan vurub

15:49, 19.11.2026

 

Avropa Komissiyası kiberhücumun hədəfinə çevrilib, bu isə ehtimal ki, çox sayda fərdi məlumatlara ziyan vurub. Avropa Komissiyasından bəyan edirlər ki, hücumun böyük hissəsinin qarşısını almağa nail olublar, lakin dəymiş ziyanın tam miqyası hələlik bilinmir.

“Politico”nun məlumatına əsasən, təxminən on gün davam edən ləngimə zamanı bir neçə sistem, o cümlədən insan resursları, əməkhaqqı cədvəlləri, iş vaxtının uçotu, eləcə də tibbi xərclərin ödənilməsi sistemi sıradan çıxıb.

“Politico” nəşrinin xəbər verdiyi kimi, kiberinsidentlərlə əlaqədar Avropa Komissiyası təcili görüş üçün böhranların idarəedilməsi üzrə ali səviyyəli daxili orqanını çağırıb.

Oxşar