Avropa Komissiyası – Gürcüstanın üzvlük prosesi faktiki olaraq dayandırılıb və Gürcüstanın namizəd ölkə kimi qiymətləndirilməsi yalnız nominal xarakter daşıyır
Avropa Komissiyası 2026-cı ilin Genişlənmə Paketinin təqdimatı ilə əlaqədar press-reliz dərc edib və sənəddə Gürcüstandan da bəhs olunur.
Press-relizdə qeyd edildiyi kimi, Gürcüstanın üzvlük prosesi faktiki olaraq dayandırılıb və Gürcüstanın namizəd ölkə kimi qiymətləndirilməsi yalnız nominal xarakter daşıyır.
“Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsindəki doqquz addımı hələ də yerinə yetirmir, çünki hakim partiya demokratik prinsipləri, qanunun aliliyini, fundamental hüquqları və mülki məkanı sarsıtmağa davam edir. Bununla yanaşı, dövlətin daha da mənimsənilməsinə şərait yaradır. Əgər Gürcüstan hakimiyyəti kursunu dəyişməzsə və Avropa İttifaqına üzvlüyün əsasını təşkil edən fundamental prinsiplərə qayıtmazsa, Gürcüstan namizəd statusundan və üzvlükdən əvvəlki prosesin faydasından yenə də yararlana bilməyəcək. Avropa İttifaqının Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə uzunmüddətli dəstəyi, eləcə də gürcü xalqının Avropaya can atmasına olan dəstəyi sarsılmaz olaraq qalır” – Avropa Komissiyası tərəfindən dərc edilən press-relizdə deyilir.
Bununla yanaşı, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski 2026-cı ilin Genişlənmə haqqında hesabatını xarici işlər nazirinin birinci müavini Qiorqi Zurabaşviliyə rəsmi şəkildə təqdim edib.