Avropa Komissiyası Gürcüstan və Avropanın elektroenergetika sistemlərini birləşdirməli olan Qara Dəniz Sualtı Kabel Layihəsinə "qarşılıqlı maraq doğuran layihə" statusu verib
Avropa Komissiyası Gürcüstan və Avropanın elektroenergetika sistemlərini birləşdirməli olan Qara Dəniz Sualtı Kabel Layihəsinə (BSSC) “qarşılıqlı maraq doğuran layihə” (PMI) statusu verib. Bu haqda Avropa Komissiyası tərəfindən dərc edilmiş sənəddə deyilir.
Bugünkü qərarla Avropa Komissiyası ümumilikdə 235 sərhədyanı enerji layihəsinə “ümumi maraq doğuran layihə” (PCI) və “qarşılıqlı maraq doğuran layihə” (PMI) statusu verib. Avropa Komissiyasında qeyd etdikləri kimi, bu 235 sərhədyanı layihənin dəstəklənməsi ilə Avropa Komissiyası Avropada və onun hüdudlarından kənarda enerji əlaqəsini gücləndirir.
Seçilmiş layihələr Avropa İttifaqının maliyyələşdirməsini əldə edə biləcəklər və sürətləndirilmiş icazə verilməsi və sürətləndirilmiş tənzimləyici prosedurlardan faydalanacaqlar, bu da onların həyata keçirilməsinə və vaxtında tamamlanmasına kömək edəcək.
Avropa Komissiyasında bəyan edirlər ki, bu layihələr bütün Avropa qitəsində enerji əlaqəsini gücləndirəcək və Enerji İttifaqının tam şəkildə yaradılmasını əhəmiyyətli dərəcədə yaxınlaşdıracaq.
“Avropa Komissiyası tərəfindən qəbul edilmiş PCI və PMI siyahısı, TEN-E tənzimləməsinin tələb etdiyi kimi, Avropa Parlamentinə və Şuraya nümayəndə aktı formasında müzakirə üçün təqdim olunacaq. Hər iki həmqanunvericinin tam siyahını qəbul etmək və ya rədd etmək üçün iki ay vaxtı var. Onlar sənədə dəyişikliklər etmə hüququna malik deyillər.
Bu proses həmqanunvericilərin tələbi ilə iki ay davam edə bilər. Siyahı təsdiqləndikdən sonra Komissiya seçilmiş layihələrin ən effektiv və sürətli həyata keçirilməsini təmin etmək üçün layihələrin təşəbbüskarları və üzv dövlətlərlə əməkdaşlığı gücləndirəcək” – Avropa Komissiyası tərəfindən yayılmış məlumatda qeyd olunub.
Məlumat üçün bildirək ki, “qarşılıqlı maraq doğuran layihə” statusu (PMI) əldə etmək üçün Avropa Komissiyası PCI (Projects of Common Interest)/PMI (Projects of Mutual Interest) layihələrinin qəbulu üçün müsabiqəni 2024-cü ildə elan edib, burada digər ölkələrin mühüm infrastruktur layihələri ilə birlikdə, “Qara Dəniz Sualtı Kabel Layihəsi” təqdim edilmişdi.
“Qara Dəniz Sualtı Kabel Layihəsi” Gürcüstan və Avropanın elektroenergetika sistemlərini birləşdirməli olan yüksək gərginlikli sualtı ötürmə şəbəkəsinin qurulmasını nəzərdə tutur. Dünya Bankının maliyyələşdirməsi və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin dəstəyi ilə “Gürcüstan Dövlət Elektrosistem” şirkəti layihənin texniki-iqtisadi tədqiqatını artıq aparıb, tədqiqat nəticəsində müəyyən edilib ki, layihə perspektivlidir və texniki-iqtisadi baxımdan həyata keçirilə bilər.
Layihəyə əsasən, 1155 kilometr uzunluğundakı kabel Rumıniyaya qoşulacaq, bu isə Cənub-Şərqi Avropaya və Rumıniyaya genişləndirilmiş ixrac imkanlarından yararlanmağa və elektrik enerjisi bazarının saatlıq qiymətlərini nəzərə alaraq elektrik enerjisi ticarəti aparmağa imkan verəcək.