Avropa Komissiyası Gürcüstan hakimiyyətindən tövsiyələrin yerinə yetirilməsini tələb edir, o cümlədən “Xarici təsirin şəffaflığı” və “Ailə dəyərləri” haqqında qanunların ləğvini və LGBTIQ şəxslərin hüquqlarının təmin olunmasını
Avropa Komissiyası Gürcüstan hakimiyyətindən tövsiyələrin yerinə yetirilməsini tələb edir, o cümlədən “Xarici təsirin şəffaflığı” və “Ailə dəyərləri” haqqında qanunların ləğvini və LGBTIQ şəxslərin hüquqlarının təmin olunmasını

 

Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğu Gürcüstanın xarici işlər naziri Maka Bocorişviliyə məktubla müraciət edir.

Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğun məktubunda Komissiyaya tövsiyələrin yerinə yetirilməsi ilə bağlı yenilənmiş məlumatın verilməsi və əgər bu hələ həyata keçirilməyibsə, Komissiyanın tövsiyələrində qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlərin görülməsi tələb olunur.

Məktubda həmçinin qeyd olunub ki, Komissiya tövsiyələrin icrasını vizanın dayandırılması mexanizminin növbəti hesabatı çərçivəsində qiymətləndirəcək.

“2017-ci ildən Gürcüstan Şengen zonasına vizasız gediş-gəlişdən faydalanıb, bu da viza rejiminin liberallaşdırılması üzrə dialoqun uğurla başa çatmasından sonra mümkün olub. Vizasız rejim Avropa İttifaqı-Gürcüstan münasibətlərində mühüm mərhələni təmsil edir və Gürcüstan vətəndaşlarına nəzərəçarpacaq faydalar gətirib. Avropa İttifaqının 2018/1806 tənzimləməsinin (Viza tənzimləməsi ) vizanın dayandırılması mexanizmini əhatə 8(4)-cü maddəsinə uyğun olaraq, Avropa Komissiyası müvafiq dialoqu uğurla başa vurmuş üçüncü ölkələr tərəfindən viza rejiminin liberallaşdırılması şərtlərinin qorunub saxlanmasını sistematik şəkildə qiymətləndirir. 2024-cü ilin dekabrın 6-da Avropa Komissiyası vizanın dayandırılması mexanizmi çərçivəsində yeddinci hesabatı qəbul etdi. Komissiyanın hesabatı Gürcüstanda əsas insan hüquq və azadlıqlarının ciddi pozuntularını, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi prinsipinin pozuntularını vurğulayıb, bu da Avropa İttifaqına və beynəlxalq standartlara ziddir. Müvafiq olaraq, Komissiya bir sıra tövsiyələr hazırlayıb. Onların arasında, o cümlədən, Gürcüstan hakimiyyətinə yönəlik çağırış var – “Xarici təsirin şəffaflığı haqqında” qanunu və həmçinin, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini ləğv etsin; LGBTIQ şəxslərin hüquqlarının tam təmin edilməsi üçün insan hüquqları üzrə milli strategiya və fəaliyyət planını dəyişsin. Xüsusi tövsiyə Venesiya Komissiyasının tövsiyələrini nəzərə almaqla, Anti-korrupsiya Bürosu haqqında qanuna dəyişikliyə aiddir, bu da büronun müstəqilliyini, siyasi neytrallığı və funksionallığını təmin edir”.