Avropa Komissiyası bu gündən yeni tərkiblə işləməyə başlayır
Avropa Komissiyası bu gündən Ursula fon der Laienin rəhbərliyi ilə yeni tərkiblə işləməyə başlayır. Yeni 5 illik mandat 2024-2029-cu illəri əhatə edir və yeni komissarlar kollegiyası ilə komplektləşdirilib.
Avropa Komissiyasının Prezidentinin altı vitse-prezidenti və Təhlükəsizlik Siyasəti və Xarici İşlər Məsələləri üzrə ali komissar, Estoniyanın sabiq baş naziri Kaia Kalas da daxil olmaqla ali nümayəndəsi var.
Genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos olacaq. Müdafiə və kosmik sahə üzrə Avropa komissarı vəzifəsinə litvalı siyasətçi Andrius Kubilius rəhbərlik edəcək. Səhiyyə sahəsinin başına isə Oliver Varhei keçəcək.