Avropa komissarı Maykl Makqrat - Ukraynadakı müharibə cinayətlərinə görə Putini bağışlamamalıyıq, buna görə cavab verməlidirlər, bu, bütün müzakirələrdə Avropa İttifaqının yanaşması olacaq
Ukraynadakı müharibə cinayətlərinə görə Putini bağışlamamalıyıq – bu haqda ədalət və demokratiya məsələləri üzrə Avropa komissarı Maykl Makqrat “Politico”ya müsahibəsində deyib.
Onun sözlərinə əsasən, danışıqlar aparan tərəflər atəşkəs əldə etməyə yönəlik səyin Rusiya üçün cəzasızlığa səbəb olmamasını təmin etməlidirlər.
“Düşünmürəm ki, tarix Ukraynada Rusiyanın cinayətlərinin izini silməyin istənilən cəhdini xoş şəkildə qiymətləndirəcək. Onlar bu cinayətlərə görə cavab verməlidirlər və bu, bütün müzakirələrdə Avropa İttifaqının yanaşması olacaq. Əgər bu cinayətlərə görə cəzasızlığa yol versək, təcavüzün sonrakı raundu və sonrakı işğalın toxumunu səpmiş olarıq. İnanıram ki, bu, nəhəng miqyaslı tarixi səhv olacaq. Rus təcavüzünün və rus cinayətlərinin qurbanlarının hüquqlarından imtina edə bilmərik. Milyonlarla həyata son qoyublar və məhv ediblər, insanları zorla köçürüblər və kifayət qədər sübutumuz var” – Makqrat bildirib.