Avropa komissarı Marta Kos - Gürcüstan hakimiyyəti etimadı, tanınmağı geri qaytarmaq və avropalı gələcəyi təmin etmək üçün prioritet tövsiyələri təcili olaraq həyata keçirməlidir
Gürcüstan hakimiyyəti etimadı, tanınmağı geri qaytarmaq və avropalı gələcəyi təmin etmək üçün prioritet tövsiyələri təcili olaraq həyata keçirməlidir – bu haqda Genişlənmə Məsələləri üzrə Avropa komissarı Marta Kos sosial şəbəkədə yazır.
“ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun hesabatı Gürcüstanın son parlament seçkilərində ciddi qüsurları təsdiqləyir.
Hakimiyyət etimadı, tanınmağı geri qaytarmaq və uğrunda yüz minlərlə Gürcüstan vətəndaşının küçəyə çıxdığı avropalı gələcəyi təmin etmək üçün prioritet tövsiyələri təcili olaraq həyata keçirməlidir – Marta Kos sosial şəbəkədə yazır və onun tərcüməsini Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi yayır.