Avropa çempionatında ilk qələbə - Gürcüstanın su polosu komandası Slovakiyanı məğlub edərək pley-offa çıxdı
Gürcüstanın su polosu üzrə milli komandası Avropa Çempionatının pley-off mərhələsində yarışacaqq. Qrupun son oyununda birbaşa rəqibi Slovakiyaya 16:11 (5:1 4:3 4:3 3:4) hesabı ilə qalib gələn Deyan Stanojeviçin komandası turnirdə tarixi nəticə qazanmaq, 8 ən yaxşı komanda sırasına düşmək üçün mübarizə aparacaq.
Bugünkü matçda 4 qolla ən nəticəli Duşan Vasiç oldu.
Bugünkü qarşılaşmada vurulan qolların müəllifləri
Fabio Baraldi 2
Boris Vapenski 3
Xviça Cakhaya 1
Duşan Vasiç 4
Yovan Sariç 2
Saba Tğeşelaşvili 1
Marko Elaça 1
Rezi İmnaişvili 1
Nika Şuşiaşvili 1
Xatırladaq ki, Gürcüstan millisi 2020-ci ildə Macarıstanda keçirilən sonuncu Avropa Çempionatında tarixin ən yaxşı nəticəsini qeyd edərək, Avropanın ən yaxşı on komandası sırasına düşdü.