Avropa Çempionatında bu gün üç gürcü yarışacaq
Avropa Çempionatında bu gün üç gürcü yarışacaq

Praqada keçirilən Avropa Çempionatında bu gün üç gürcü yarışacaq.

73 kiloqram çəki kateqoriyasında olimpia oyunlarının qızıl və bürünc medallarının sahibi Laşa Şavdatuaşvili yarışacaq. 81 kiloqram çəki kateqoriyasında isə, Tato Qriqalaşvili və Luka Maysuradze çıxış edəcəklər.

Xatıqladaq ki, dünən turnirdə dörd gürcü cüdoçusu çıxış etdi. Luxum Çxvmiani, Eter Liparteliani və Tatiyana Levitska-Çukvani oyundan ilkin mərhələdə kənarlaşdılar. Vaja Marqvelaşvili isə, bürünc medal uğrunda mübarizədə məğlubiyyətə uğradı.

İlkin görüşlər saat 13:00-da başlayacaq. Final blokunun birbaşa reportajını isə, saat 19:00-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək.