Avropa İttifaqının Xarici İşlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar zərfinin tətbiqi ilə bağlı razılığa gəldilər
Avropa İttifaqının Xarici İşlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar zərfinin tətbiqi ilə bağlı razılığa gəldilər

Avropa İttifaqının Xarici İşlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar zərfinin tətbiqi ilə bağlı razılığa gəldilər.

Məlumatı “Reuters” agentliyi yayır.

Agentliyin məlumatına görə, Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər nazirləri BMT Baş Assambleyasının 77-ci sessiyasının keçirildiyi Nyu-Yorkda növbədənkənar iclas keçirdilər. Nazirlər Moskvaya qarşı yeni, səkkizinci sanksiyalar paketi və Ukraynaya silah tədarükünün artırılması ilə bağlı razılığa gəldilər.

Cozef Borrelin dediyinə görə, Putinin Ukrayna ərazilərinin aneksiyasına dair hərəkətləri və Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə etmək təhdidlərini ehtiva edən açıqlaması çaxnaşma və çarəsizlik nümayiş etdirir.

“Aydındır ki, Putin Ukraynanın ləğv edilməsinə çalışır”, – Borel bəyan etdi.

Agentliyin məlumatına görə, Xarici İşlər nazirləri Rusiyanın ən relevant sektorlarını, eləcə də Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsinə cavabdeh olanları hədəf alacaq paket üzərində razılaşdılar.

“Reuters” agentliyinin məlumatına görə, nazirlər növbəti rəsmi görüşlərini oktyabrın ortalarında, sanksiyalar zərflərinin rəsmiləşdirilə biləcəyi vaxt keçirəcəklər.

Şərh yaz