Avropa İttifaqının Səfirliyi Kiyevdə işini bərpa edəcək
Avropa İttifaqının Səfirliyi Kiyevdə işini bərpa edəcək

Avropa İttifaqının Səfirliyi Kiyevdə işini bərpa edəcək. Bu barədə məlumatı Avropa İttifaqının Ukraynadakı səfiri, Matti Maasikas mediaya təsdiqlədi.

Səfir Kiyevə qayıtması barədə sosial şəbəkədə də yazdı.

“Şadam ki, Kiyevə qayıtdım”, – diplomat “tvitterdə” yazır.

Maasikas Kiyevdəki səfirlikdə Avropa İttifaqının ucaldılmış bayrağının fotosunu da yerləşdirdi: “Əvvəlcə nə etmək lazımdırsa” başlığı ilə.

Maasikas Kiyevə Ukrayna prezidenti, Vladimir Zelenski ilə görüşən Cozef Borrel və Ursula Fon Der Layenlə ilə birlikdə getdi. Bununla yanaşı, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borrel hərbi əməliyyatlar səbəbindən Polşaya köçən Avropa İttifaqının Ukraynadakı Səfirliyinin Kiyevdən fəaliyyətini bərpa edəcəyini bəyan etdi.