Avropa İttifaqının səfirləri Rusiyaya qarşı sanksiyaların 20-ci paketi ilə bağlı razılığa gələ bilməyiblər
Avropa İttifaqının səfirləri Rusiyaya qarşı sanksiyaların 20-ci paketi ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı sanksiyaların 20-ci paketi ilə bağlı razılığa gələ bilməyiblər.

Məlumata görə, səfirlər fevralın 21-22-də yenidən toplaşa və fevralın 23-də keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşünədək təklif olunan sanksiyaları bir daha müzakirə edə bilərlər.

Yeni sanksiyalar paketi energetika, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir.

Avropa Komissiyası Rusiyanın xam neftinin dəniz daşımalarına göstərilən xidmətlərin tam qadağan olunmasını istəyir. Məqsəd Rusiyanın enerji gəlirlərini azaltmaq və onun neftinə alıcı tapmasını çətinləşdirməkdir.

Bununla yanaşı, Aİ “kölgə donanması”na məxsus daha 43 gəmini sanksiya siyahısına salmaq niyyətindədir. Paket təsdiqlənərsə, daha 20 Rusiya regional bankını əhatə edəcək, həmçinin kriptovalyutalar, onlarla ticarət edən şirkətlər və kriptoticarət platformalarına qarşı tədbirlər nəzərdə tutulacaq ki, sanksiyalardan yayınma yolları bağlansın.

Eyni zamanda, sanksiyaya məruz qalmış malların qanunsuz ticarətinə dəstək verən üçüncü ölkələrdəki bir neçə bank da hədəfə alınacaq