Avropa İttifaqının nümyəndəliyi ofisində "Gürcü Arzusu" və müxalifət nümayəndələri arasında görüş keçiriləcək
Avropa İttifaqının nümyəndəliyi ofisində "Gürcü Arzusu" və müxalifət nümayəndələri arasında görüş keçiriləcək

Gürcüstanda Avropa İttifaqının nümyəndəliyi ofisində bu gün “Gürcü Arzusu” və müxalifət nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Avropa İttifaqının nümyəndəliyindən təsdiq etdilər.

Elə onların məlumatına görə, görüş saat 14:00 radələrində başlayacaq.

Hakim komanda və müxalif partiya nümayəndələri arasında görüş fasilitator səfirlərin iştirakı ilə keçiriləcək. ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan artıq Avropa İttifaqının nümyəndəliyi ofisinə getdi.