Avropa İttifaqının nümayəndəliyi və üzv ölkələrin səfirlikləri - Avropa İttifaqının Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan sarsılmaz dəstəyini bir daha təsdiqləyirik
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin səfirlikləri Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq birgə bəyanat yayırlar.
Bəyanatda qeyd olunduğu kimi, Avropa İttifaqının Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan sarsılmaz dəstəyini bir daha təsdiqləyirlər.
“Avropa İttifaqı və ona üzv ölkələr Gürcüstanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirlər! Gürcüstan müstəqilliyini 1918-ci ilin mayın 26-da elan edib, bununla da suveren və demokratik dövlətçilik haqda özünün baxışını təsdiqləyib. Müstəqillik Bəyannaməsinin ruhu bu gün Gürcüstan cəmiyyətində dərin əks-səda doğurur. Gürcüstanın tarixində Avropa ilə daha sıx əlaqələrə doğru davamlı səyin şahidi oluruq. Son otuz il ərzində Avropa İttifaqı və ona üzv ölkələr Gürcüstanın yanında olublar və etibarlı, uzunmüddətli tərəfdaşlar olaraq qalırlar. Demokratik islahatlar, qanunun aliliyi və fundamental azadlıqların qorunması istiqamətində irəliləyiş Avropa yolunda irəliyə doğru getmək üçün hələ də mühüm əhəmiyyət kəsb edir. Bu mühüm gündə Avropa İttifaqının Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan sarsılmaz dəstəyini bir daha təsdiqləyirik” – Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin səhifəsində dərc olunmuş bəyanatda deyilir.